AZ

Mikayıl Cabbarov Gəncədə sahibkarlarla görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının rəhbərlərinin iştirakı ilə Gəncə və ətraf rayonlarda yerləşən qeyri-neft sənayesi istehsalçıları və ixracatçıları ilə görüş keçirilib.

Nazir sənaye müəssisələrinin yara­dılması və bu sahədə idxaldan asılılığın azaldılması üçün reallaşdırılan tədbir­ləri diqqətə çatdırıb. Bildirilib ki, son illər aparılan islahatların nəticəsində güzəştli maliyyələşmə, kredit-zəmanət və faizlə­rin subsidiyalaşdırılması mexanizmlərinə çıxış imkanları genişləndirilib, investisiya təşviqi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, sənaye zonalarının inki­şafı təşviq olunub, dövlətin yeni dəstək alətləri tətbiq edilib. Bununla belə, yeni çağırışlara uyğun olaraq tədbirlərin görül­məsinə dair müzakirələrə ehtiyac var.

Sahibkarlarla qeyri-neft sənayesin­dəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılıb. İş adamları ilə xammalın key­fiyyəti, investisiya təşviqi, bank-maliyyə hesablaşmaları, daxili bazarın qorunma­sı, kommunal xidmətlərdə differensial tariflər, dövlət satınalmaları, kredit resurs­larına çıxış, ixtisaslı kadr potensialı kimi məsələlər müzakirə edilib. Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təş­viq alətlərinin daha da təkmilləşdirilərək sistemli şəkildə davam etdiriləcəyi, sahib­karlığın bundan sonra da dəstəklənəcəyi diqqətə çatdırılıb.

Tədbir iştirakçıları görüşdən sonra dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sara­yında yaradılmış şəraitlə tanış olublar.

Belə görüşlərin davamlı olaraq digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Gəncə şəhəri

Seçilən
61
7
xalqqazeti.az

10Mənbələr