AZ

Paris-2024: Oyunlarda himn qalmaqalı

Paris-2024 Olimpadasında növbəti qalmaqal Cənubi Sudan - Puerto-Riko matçında yaşanıb.

İdman.biz xəbər verir ki, basketbol yarışında Cənubi Sudanın əvəzinə Sudanın himni səsləndirilib.

Təşkilatçıların səhvi tribunadakı azarkeşlər tərəfindən fitə basılıb. Cənubi Sudan komandasının təmsilçilərinin məsələyə müdaxiləsindən sonra düzgün himn ifa olunub.

Qeyd edək ki, afrikalılar olimpiadanın ilk oyununda Puerto-Rikoya 90:79 hesabı ilə qalib gəliblər.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
idman.biz

2Mənbələr