AZ

İlk görüşlərdə qadın və kişilərin əsas səhvləri

Polşa və ABŞ-dan olan alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ediblər.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, aparılan tədqiqatın nəticələri "Telematics and Informatics" elmi jurnalında dərc olunub.

Təcrübədə orta yaş həddi 28,8 olan 540 qadın və 477 kişi iştirak edib.

Tədqiqatçılar müxtəlif özünü təqdimetmə strategiyalarını öyrənmək üçün tanışlıq simulyasiya oyunundan istifadə ediblər. Belə ki, iştirakçılar müxtəlif dialoq variantlarını seçərək virtual partnyorla qarşılıqlı əlaqədə olublar.

Proqram iştirakçıların aşkar etdiyi hər hansı müsbət xüsusiyyətə müsbət, mənfi cəhətlərə isə mənfi cavab verib.

Müsbət xüsusiyyətlərə fiziki cəlbedicilik, maliyyə perspektivləri, sağlamlıq, xeyirxahlıq və bədii qabiliyyət daxildir. Mənfi əlamətlər isə üç yerə bölünüb ki bunları da belə sıralaya bilərik: patogen (məsələn, pis gigiyena), cinsi (məsələn, uyğun olmayan cinsi davranış) və əxlaqi (məsələn, vicdansız davranış).

Tanışlıqlar zamanı qadınlar kişilərdən daha çox yalan danışdıqları, manipulyasiya etdikləri və ya başqalarından oğurlandıqları haqqında etiraflar ediblər. Kişilər isə öz növbəsində gigiyena normalarına əməl etmədiklərini, hər hansı bir xəstəliyə sahib olduqlarını və ya fiziki qüsurlarının olduğunu etiraf ediblər.

Müsbət xüsusiyyətlərə gəldikdə isə qadınlar daha çox bədii qabiliyyətləri haqda danışmağı xoşlayırlar. Kişilər isə öz xeyirxahlıqlarını daha çox vurğulayırlar.


Telegram kanalımız
Seçilən
46
4
yenisabah.az

5Mənbələr