Basketbol üzrə U-18 millimiz Avropa çempionatı "C" divizionunun qalibi olub.

Offsideplus.az xəbər verir ki, Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin final oyunu baş tutub. Millimiz finalda Lüksemburq seçməsi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində davam edən oyun millimizin 77-71 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Murad Babayev (19 xal, 6 ribaund) olub. Qeyd edək ki, oğlanlardan ibarət U-18 millimiz ən son 2016-cı ildə Avropa çempionatı "C" divizionunun qalibi olmuşdu