AZ

Azərbaycan basketbol millisinin üzvü: Olimpiya çempionu olmaq şansımız var

Azərbaycan

Bakı, 29 iyul, AZƏRTAC

Olimpiadaya kifayət qədər yaxşı hazırlaşmışıq. Məşqlərin sayını da artırmışıq. Meydanda bir-birimizi başa düşmək ən önəmli məqamdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbol üzrə qadınlardan ibarət 3x3 Azərbaycanın millisinin üzvü Dina Ulyanova “Paris-2024” Yay Olimpiya Oyunlarındakı şansları barədə danışarkən deyib.

Təcrübəli oyunçu dördilliyin ən mötəbər yarışında iştirak edəcək komandaların güclü olduğunu bildirib: “Sabah İspaniya ilə ilk oyunumuza çıxacağıq. Rəqiblərin güclü və zəif nöqtələrini təhlil edirik. Hər bir yığma xüsusidir. İspanlara gəlincə, onlar çox aqressiv mübarizə aparırlar. Komanda şəklində də seçilirlər. Lakin biz çəkinmədən döyüşmək istəyirik”.

O, məqsədlərinin Vətənə medalla dönmək olduğunu söyləyib: “Parisdə dünyanın 8 ən yaxşı komandası qüvvəsini sınayacaq. Medal qazanmaq niyyətindəyik. Hər kəsin Olimpiya çempionu olmaq şansı var, həmçinin bizim də. Özümüzə inanırıq”.

Qeyd edək ki, Azərbaycan millisi İspaniya ilə iyulun 30-u Bakı vaxtı ilə saat 19:00-da qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
azertag.az

10Mənbələr