AZ

Qərbi Nil virusu İsraildə yayılır: 46 ölü...

İsrail Səhiyyə Nazirliyi Qərbi Nil virusundan ölənlərin sayının 46-ya, yoluxma sayının isə 710-a yüksəldiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi Qərbi Nil virusundan ölənlərin sayının 46-ya, yoluxma sayının isə 710-a yüksəldiyini açıqlayıb.

İsrail Qərbi Nil virusu ilə mübarizə aparır. İsrail Səhiyyə Nazirliyi Qərbi Nil virusu diaqnozu qoyulanların sayının 710-a yüksəldiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada Qərbi Nil virusunun yayıldığı iyun ayından bəri həyatını itirənlərin sayının 46 olduğu qeyd edilib.

Mütəxəssislər bildirirlər ki, virusa yoluxanların 80 faizində heç bir əlamət yoxdur, yüzdə 20-də isə qızdırma, başağrısı, oynaq ağrısı kimi müxtəlif simptomlar ola bilər. Bildirilir ki, virusa yoluxanların 1 faizində beyin iltihabı və ya meningit kimi simptomlar nadir hallarda müşahidə oluna bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
28
2
turkustan.az

3phrase_var_article.sources