AZ

Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını ARTIRDI

Bakı. Trend:

Azərbaycan hökuməti builki real iqtisadi artım proqnozunu2.4%-dən 3.8%-ə qaldırıb. İqtisadiyyat Nazirliyi tərəfindən təqdimedilmiş proqnozlara əsasən ÜDM 118,4 milyard manat, qeyri-neft/qazÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4% və4,6% səviyyəsində götürülüb.

Trend Maliyyə Nazirliyinəistinadən xəbər verir ki, 2023-cü ildə istehsal edilmiş ÜDM-inehtimal edildiyindən artıq olması, 2024-cü ilin ilk 6 ayında qeydəalınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadiartımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı 2024-cü ilinsonuna gözləntilər cari il üzrə makroiqtisadi proqnozlarındəqiqləşdirilərək yenilənməsini şərtləndirib.

Yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə ÜDM-in real artımı3,8% olmaqla nominal ifadədə 121,3 milyard manata (dövlətbüdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnozanəzərən 3 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 84,7milyard manata (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox)çatacağı gözlənilir.

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsinin hesablamalarıüçün 60 ABŞ dolları səviyyəsində qəbul edilib xam neftin birbarelinin orta illik ixrac qiyməti dövlət büdcəsinə yenidən baxılmailə 75 ABŞ dolları səviyyəsinə artırılıb. Cari ilin yanvar-iyunaylarında qeyri-neft/qaz sektorunda müşahidəedilən artım tempininilin növbəti aylarında da davam edəcəyi gözlənilir. Bu əsasla2024-cü ildə qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artımtempinədair proqnoz 4,6%-dən 5,5%-ə qaldırılıb.

Seçilən
65
14
az.trend.az

7Mənbələr