AZ

Britaniyada yeniyetmənin hücumu zamanı 2 azyaşlı ölüb, daha 11 nəfər yaralanıb

Britaniyanın Southport şəhərində bıçaqla silahlanmış yeniyetmənin hücumu nəticəsində 2 azyaşlı ölüb, 9-u uşaq olmaqla daha 11 nəfər yaralanıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, xəsarət alanlardan ikisi böyükdür. Onlar hücuma məruz qalan uşaqları qorumaq istəyərkən yaralanıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı 17 yaşlı yeniyetmə saxlanılıb. Hücum terror aktı kimi qiymətləndirilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
4
report.az

10Mənbələr