AZ

İran 700 min litr neft daşıyan neft tankerlərini ələ keçirib

İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə neft daşıyan neft tankerlərinin qarşısını alıb.

Vətəninfo.az-ın  məlumatına görə , bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.İlkin hesablamalara görə, gəmidə ən azı 700 min litr qaçaqmal neft olub. Neft tankeri Hindistan vətəndaşı olan 9 ekipaj üzvü ilə birlikdə İmam Xomeyni limanına aparılıb.Mehr qeyd edir ki, Pearl G adlı gəmi iyulun 26-da İslam Respublikası Mühafizə Korpusu (İİKK) tərəfindən ələ keçirilib. Toqo bayrağı altında üzən gəmi Dubayda yaşayan iraqlıya məxsusdur. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
veteninfo.az

1Mənbələr