İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə neft daşıyan neft tankerlərinin qarşısını alıb.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.İlkin hesablamalara görə, gəmidə ən azı 700 min litr qaçaqmal neft olub. Neft tankeri Hindistan vətəndaşı olan 9 ekipaj üzvü ilə birlikdə İmam Xomeyni limanına aparılıb.Mehr qeyd edir ki, Pearl G adlı gəmi iyulun 26-da İslam Respublikası Mühafizə Korpusu (İİKK) tərəfindən ələ keçirilib. Toqo bayrağı altında üzən gəmi Dubayda yaşayan iraqlıya məxsusdur. Faktla bağlı araşdırma aparılır.