AZ

Seçkilərdə iştirak etməməyim partiyanı və ailəmi sarsıdıb - Tahir Kərimli

Deputat Tahir Kərimli növbədənkənar parlament seçkilərində iştirak etməməsi partiyası və ailəsinə sarsıdıcı təsir edib. Bu barədə deputat pravda.az-a açıqlamasında bildirib. 
 
"Hazırda Vətənimdə - sanatoriyadayam. Müalicə alıram, çalışıram həm də dincəlim. Gizlətmirəm ki, deputatlığa namizədliyimi verməmək qərarım mənə, ailəmə və Partiyama həyacanlı, sarsıdıcı təsir göstərib. Buna görə hər kəsdən üzr istəyirəm. Həyatda millət vəkili olmaq arzumdan başqa vəzifə tutmaq diləyim olmayıb. Ancaq yorğunluğumu nəzərə alıb, bir müddət istirahət etmək qərarına gəldim. Sədrlik etdiyim Vəhdət Partiyası siyasi kursuna dəyişiklik etməyəcək. Biz Dövlətimizi, xalqımızı təmənnasız sevirik!" - deputat söyləyib. 
 
İyulun 17-də deputat Tahir Kərimli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. 
 
Tahir Kərimli parlamentdə Vəhdət Partiyasının sədri olaraq təmsil olunurdu. 

Onun rəhbər olduğu partiyanın seçkilərdə iştirakı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. 
 
Tahir Kərimli Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.

Bundan əvvəl Ana Vətən Partiyasının sədri deputat Fəzail Ağamalı, Vətəndaş Həmrəliyi partiyasının sədri deputat Sabir Rüstəmxanlı bu dəfə keçirilən seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. 
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Seçilən
118
1
anews.az

10Mənbələr