AZ

Qazaxıstan turistlərinin Azərbaycana marağı artır - KazakhTourism (FOTO)

Bakı. Trend:

Qazaxıstan turistlərinin Azərbaycana marağının artması müşahidəolunur.

Bu barədə Trend-ə müsahibəsində "NK" "Kazakh Tourism" ASC-ninbeynəlxalq bazarlar departamentinin direktoru Aynura Jumataevadeyib.

"2022-2023-ci illərdə Azərbaycandan Qazaxıstana turist axınında1,7 dəfə artım müşahidə olunub. Yəni demək olar ki, iki dəfə artıb- 2022-ci ildəki 59 min nəfərdən 2023-cü ildə 99 min nəfərə qədər.Eyni zamanda, qazaxıstanlı turistlərdə Azərbaycana marağın artmasımüşahidə olunur. İlk növbədə, hesab edirəm ki, buna sizinivent-menecment təsir edir. Siz çoxlu sayda dünya ulduzlarınıölkənizə gətirirsiniz, bu isə Qazaxıstanın gənc nəslini xüsusiləcəlb edir və onlar sevinclə Bakıya gedirlər", - deyə ovurğulayıb.

Jumataevanın sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasındaturizm sahəsində yaxşı əlaqələr mövcuddur.

"Kazakh Tourism çox tez-tez aviaşirkətlərlə, nəinki "Air Astana"milli aviadaşıyıcısı ilə, eləcə də, aşağıbüdcəli "FlyArystan"şirkəti ilə əməkdaşlıq edir. Məsələn, ötən il bizim Azərbaycanın"AZAL" aviaşirkəti ilə inaqurasiya reysi üzrə müştərək layihəmizoldu. Belə ki, Novruz bayramında biz aviaşirkətin ilk reysinidəstəklədik və Qazaxıstanı, xüsusilə də Almatı və Almatı vilayətiniziyarət edən blogerlər, jurnalistlər qrupunu gətirdik", - deyədepartament direktoru bildirib.

Qazaxıstanda turizm sahəsinin inkişafından danışarkən Jumataevaqeyd edib ki, ötən ay Prezident Qasım-Jomart Tokayevin başçılığıilə turizmin inkişafı üzrə müşavirə keçirilib.

"Bizim üçün bu, hadisədir, çünki dövlət başçısı həmçininturizmin inkişafına diqqəti cəmlədi. Dövlət başçısı turizmininkişafı üzrə üç əsas regionu ayırdı. Bu, milyon yarım turistingəlişini qeyd edən Almatı dağ klasteridir. İkinci region -Şuçinsk-Borovoye kurort zonasıdır. Üçüncüsü - Aktaudakı çimərlikturizmidir. "Kazakh Tourism"in bu üç regionun inkişafınındəstəklənməsi üzrə planı var. Hazırda bu üç istiqamət turistlərüçün zəruri ekosistemin yaradılması məqsədilə prioritet hesabolunur. Buraya həm yaxşı yollar, həm restoranlar, həm ekskursiyalarvə sair daxildir", - deyə o vurğulayıb.

Departament direktorunun sözlərinə görə, infrastruktur inkişafıilə yanaşı, həm də əmək resurslarına sərmayə qoymaq lazımdır.

"Turizm üzrə bələdçilər, menecerlər lazımdır, hər bir regiondaböyük sayda turist qəbul etməyə imkan yaradan hovuzlar olmalıdır",- deyə Jumatayeva əlavə edib.

Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
az.trend.az

3Mənbələr