AZ

“Qarabağ” böyükhesablı qələbə ilə mərhələ adlayıb

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Azərbaycan çempionu rəqibini 5:0 hesabı ilə məğlub edib. “Qarabağ”ın heyətində qolların üçünü Juninyo Olavio (17, 31, 44), birini Yassin Benzia (66), birini isə Leandro Andrade (72) vurub. Səfərdəki ilk matçda da 2:0 hesablı qələbə qazanan təmsilçimiz III təsnfat mərhələsinə yüksəlib.
“Qarabağ”ın növbəti raunddakı rəqibi “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi olacaq. Bu komandaların Bolqarıstandakı ilk duelində ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab görüşləri isə ayın 13-də baş tutacaq. “Qarabağ” ilk matçını öz meydançasında keçirəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
17
affa.az

10Mənbələr