AZ

İsrailli nazirdən İsmayıl Haniyənin öldürülməsi haqda şok - Açıqlama

İsrailin İrs naziri Amichay Eliyahu İranın paytaxtı Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir Amiçay Eliyahu İsmayıl Haniyənin öldürülməsini alqışladığını bildirib. 

Nazir deyib ki, ölkəsinin bu addımı təqdirəlayiqdir: "Dünyanı belələrindən təmizləmək üçün doğru yol budur. Artıq xəyali sülh və ya təslimiyyət müqavilələri, bu fanilərə mərhəmət yoxdur. Onları vuracaq dəmir əl barışı gətirəcək. Bu, sülhü, barışı istəyənlərlə sülh içində yaşamaq qabiliyyətimizi gücləndirir. Haniyənin ölümü dünyanı bir az daha yaxşılaşdırdı

Firudin Səfərli

MİA.AZ 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
44
mia.az

10Mənbələr