AZ

AZTV-nin sədr müavini vəzifəsindən getdi

AZTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

AZTV-nin mətbuat katibi Rüfət Seyidov faktı KONKRET.az-a təsdiqləyib.

O bildirib ki, Rüfət Həmzəyev artıq AZTV-də çalışmır. Əldə etdiyimiz məlumata görə, Rüfət Həmzəyev ingilis dilli telekanala rəhbər təyin edilib.

Artıq Rüfət Həmzəyevin adı AZTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.

Aygün Mirakif,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
32
konkret.az

10Mənbələr