AZ

Rusiya təyyarələrini NATO ilə müharibə üçün qoruyur - Business Insider

Rusiya öz aviasiyasını qorumağa çalışır və onu quru qoşunlarında olduğu kimi Ukraynada "ətçəkən maşının"a atmır.

News365.az xəbər verir ki, bu barəd Business Insider-ə müsahibə verən ekspertlər məlumat veriblər. Qeyd edilir ki, Kreml çox güman ki, bu avia resursları NATO-ya qarşı gələcək müharibə üçün saxlayır.

"Mitchell" İnstitutunun hava qüvvələri üzrə eksperti və ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan polkovnik-leytenantı Con Baum qeyd edib ki, ruslar döyüşlərə daha təkmil təyyarələri gətirə bilərlər: "Lakin onlar bunu hələ də etməyiblər”.

Xüsusilə, Rusiya Kreml tərəfindən Amerika F-35-in analoqu kimi təqdim edilən müasir Su-57 təyyarəsindən hələ də aktiv əməliyyatlarda istifadə etməyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
news365.az

10Mənbələr