AZ

Ölkədə çay istehsalı və ixracı artıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 5,88 min tondan çox çay istehsal olunub ki, bu da bir il öncəki göstəricini 6,8 faiz və ya 373,7 ton üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, iyul ayının 1-nə hazır məhsul ehtiyatı 95,8 ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 6 ayında ölkədən 3,12 milyon ABŞ dolları dəyərində 344,61 ton çay ixrac olunub. Bu, 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərindən müvafiq olaraq 3,5 faiz və 2,9 faiz çoxdur.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə idxalın dəyəri 2,3 faiz artaraq 33,5 milyon dollar olub, həcmi isə 6,8 faiz artaraq 6,5 min tonu ötüb.

Seçilən
40
vergiler.az

1Mənbələr