AZ

Navas İtaliya klubu ilə anlaşa bilmədi

“Real”ın və PSJ-nin keçmiş qapıçısı Keylor Navas “Montsa”ya keçməyəcək.



Komanda.az AS-a istinadən xəbər verir ki, İtaliya klubu müsbət qərar verərək kosta-rikalı futbolçu üçün tibbi müayinə təyin etməsinə baxmayaraq, danışıqların son mərhələsində sözləşmə baş tutmayıb.



“Montsa” bundan sonra azad agent olan “Roma”nın keçmiş qapıçısı Rui Patrisionun transferinə çalışacaq.



Navas bu yay PSJ-dən ayrılıb. 37 yaşlı qolkiper əvvəllər “Nottingem Forest”, “Real”, “Levante”, “Albasete” və Kosta Rikanın “Saprissa” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərKeylor Navas Montsa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
komanda.az

2Mənbələr