AZ

Ermənistanda sabiq məmurlar ailə üzvləri ilə birlikdə Baş Prokurorluğa çağırılır

Bakı. Trend:

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin QaçaqmalçılıqlaMübarizə və İkili Gömrük Nəzarəti üzrə İdarəsinin keçmiş rəisiSamvel Sanamyan Baş Prokurorluğa çağırılıb.

Trend xəbər verir ki, bubarədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, avqustun 13-nə Baş Prokurorluğa dəvət edilənSamvel Sanamyan ailə üzvləri ilə birlikdə həmin qurumun QanunsuzMənşəli Əmlakın Müsadirəsi İdarəsində ifadə verməli olacaqlar.

Qeyd edək ki, Samvel Sanamayan həm də Ermənistanın eks-başnaziri Karen Karapetyanın müşaviri olub.

Nəşr xatırladıb ki, iyulun 25-də Baş Prokurorluğa Ermənistanınkeçmiş baş prokuroru, İstintaq Komitəsinin eks-başçısı AqvanOvsepyan və ailə üzvləri də çağırılmışdılar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
az.trend.az

2Mənbələr