Ermənistanın Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıqla Mübarizə və İkili Gömrük Nəzarəti üzrə İdarəsinin keçmiş rəisi Samvel Sanamyan Baş Prokurorluğa çağırılıb.
Day.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, avqustun 13-nə Baş Prokurorluğa dəvət edilən Samvel Sanamyan ailə üzvləri ilə birlikdə həmin qurumun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İdarəsində ifadə verməli olacaqlar.
Qeyd edək ki, Samvel Sanamayan həm də Ermənistanın eks-baş naziri Karen Karapetyanın müşaviri olub.
Nəşr xatırladıb ki, iyulun 25-də Baş Prokurorluğa Ermənistanın keçmiş baş prokuroru, İstintaq Komitəsinin eks-başçısı Aqvan Ovsepyan və ailə üzvləri də çağırılmışdılar.