RU

Ermənistanda sabiq məmurlar ailə üzvləri ilə birlikdə Baş Prokurorluğa çağırılır

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıqla Mübarizə və İkili Gömrük Nəzarəti üzrə İdarəsinin keçmiş rəisi Samvel Sanamyan Baş Prokurorluğa çağırılıb.

Day.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, avqustun 13-nə Baş Prokurorluğa dəvət edilən Samvel Sanamyan ailə üzvləri ilə birlikdə həmin qurumun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İdarəsində ifadə verməli olacaqlar.

Qeyd edək ki, Samvel Sanamayan həm də Ermənistanın eks-baş naziri Karen Karapetyanın müşaviri olub.

Nəşr xatırladıb ki, iyulun 25-də Baş Prokurorluğa Ermənistanın keçmiş baş prokuroru, İstintaq Komitəsinin eks-başçısı Aqvan Ovsepyan və ailə üzvləri də çağırılmışdılar.

Избранный
20
1
day.az

2Источники