AZ

Rusiya Silahlı Qüvvələri əcnəbi təlimatçıların işlədiyi aerodromu vurub

...Rusiya Silahlı Qüvvələrinin zərbəsi Odessa vilayətinin Nikolayev aerodromuna düşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, TASS-ın əldə etdiyi məlumata görə, ukraynalı pilotlar bu aerodromda əcnəbi təlimatçılar tərəfindən təlim keçiblər.

Bu axşam Ukraynanın bir sıra bölgələrində hava hücumu sirenləri səsləndirilib.

Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayışlar baş verib.

Hava hücumu xəbərdarlığı hələ də qaldırılmayıb. Ukrayna mediası Kirovoqrad vilayətində də partlayışlar barədə məlumat yayıb.

“Ukrinform” agentliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin zərbəsi Kropivnitski şəhərindəki obyektləri də əhatə edib.

Əli Babayev

Seçilən
88
14
sia.az

10Mənbələr