AZ

Ərdoğan Baydenlə telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 1-də ABŞ lideri Co Baydenlə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Qəzza problemi, Türkiyədə girov mübadiləsi, eləcə də regional və qlobal problemlər müzakirə edilib.

Prezident Ərdoğan HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin Qəzzada atəşkəs səylərinə ağır zərbə vurduğunu bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, ölkəsi bütün sahələrdə Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşdırılması üçün əlindən gələni edir və bunu etməyə davam edəcək.

ABŞ lideri ona girov mübadiləsinin problemsiz baş tutması üçün göstərdiyi səylərə görə təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
24
qafqazinfo.az

10Mənbələr