AZ

Vuçiç impiçment referendumu ilə Serbiya prezidenti vəzifəsini tərk etməyə hazırdır

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç müxalifəti parlamentin 250deputatından 70-nin imzasını toplamağa çağırıb və bunun ardındandövlət başçısına etimad haqqında referendum keçirməyə hazırolacağını bildirib.

Trend xəbər verirki, bu barədə Serbiya lideri xalqa müraciətində deyib.

"Sadəcə imza toplayın, siz ki, çoxsunuz. Əgər 75 imza toplayabilmirsinizsə, ən azı 70 imza verin və mən sizə üçdə iki hissəyəçatmaq üçün lazım olan hər şeyi təmin edəcəyəm. İlin sonuna qədərprezidentin impiçmenti ilə bağlı referenduma gedəcəyik", - deyə obildirib.

Vuçiç müxalifətdə olan insanlara kömək etməyə hazır olduğunuvurğulayıb. O, Baş nazir və hakim Serbiya Tərəqqi Partiyasınınsədri Miloş Vuçeviçə müraciət edərək, deputatların bu tələbi qəbuletmələrini və referendum prosesindən keçərək Prezidentin impiçmentiprosedurunun başlamasını təmin edə biləcəyini qeyd edib.

Serbiya Prezidenti bildirib ki, bu prosedur həyata keçirilsə,bütün səs verənlərin yarısının həmin ideyanı dəstəkləməsi şərti iləvəzifəsini tərk edəcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
26
az.trend.az

10Mənbələr