AZ

Rusiyada binada partlayış zamanı ölənlərin sayı 4-ə çatıb

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İndiyədək aralarında 7 uşaq olmaqla, 15 nəfər dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, axtarış-xilaetmə işlərinə ümumilikdə 550 nəfər mütəxəssis cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
apa.az

10Mənbələr