AZ

“Ukrayna artıq müflis dövlətə çevrilib“ -Dotkom

"Ukrayna müflis dövlətə çevrilib. Bunu Ukrayna lideri Vladimir Zelenskinin imzaladığı və ölkənin xarici borcu üzrə ödənişlərin 2024-cü ilin oktyabrına qədər dayandırılmasına imkan verən qanun sübut edir". 

Bu barədə məşhur alman iş adamı Kim Dotkom X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Zelenskinin necə başqa ölkələrdən borc pul istəməsini xatırlayırsınız? İndi o sadəcə olaraq xarici borc üzrə ödənişlərin dayandırılması haqqında fərman imzalayıb.  Ukrayna iflasa uğrayıb”, - deyə o vurğulayıb.

Bundan əvvəl Zelenski ölkənin xarici borcu üzrə ödənişlərin 2024-cü il oktyabrın 1-dək dayandırılmasına icazə verən qanunu imzalayıb.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
news365.az

1Mənbələr