AZ

“Qadın ərinin qarşısında itaətkar olmalıdır”

Aktrisa Nəzakət Məmmədova verilişlərin birində müzakirələrə səbəb olan açıqlamalar edib. 

Ucnoqta.az xəbər verir ki, qadınlar barədə danışan sənətçi onların kişilərə itaət etməli olduğunu bildirib: 

“Qadın ərinin qarşısında itaətkar olmalıdır. Əgər qadınlar kişilərdən üstün olsaydı, Allah birinci Adəmi yaradıb sonra onun qabırğasından qadını yaratmazdı, çünki biz kişilərə tabe olmalıyıq. Amma bu o demək deyil ki, nə olsa, kişi başına qapazı vurmalıdır, sən də qapaz altında oturmalısan. Arada hörmət olmalıdır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
10
ucnoqta.az

10Mənbələr