AZ

Cordan Amavi pulsuz, İsmaila Sarr 15 milyon avroya ayrıldı

Fransanın “Olimpik” (Marsel) klubu iki futbolçusu – sağ vinger İsmaila Sarr və sol cinah müdafiəçisi Cordan Amavi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Amavi Liqa 1 təmsilçisini azad agent kimi tərk edərək “Brest”ə keçib.

30 yaşlı fransalı müdafiəçi yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.

“Nitsa”nın yetirməsi olan Cordan Amavi karyerası ərzində “Aston Villa” və “Xetafe”də də oynayıb. O, 2017-ci ildən formasını geyindiyi Marsel “Olimpik”ində 127 oyuna 3 qol vurub, 10 məhsuldar ötürmə verib. Müdafiəçi ötən mövsümü icarə əsasında məhz “Brest”də keçirib. Amma o, bu komandada cəmi 2 oyuna çıxıb və 1 qol vurub.

Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Amaviyə səas millidə debüt qismət olmayıb.

Yeri gəlmişkən, Amavini heyətinə qatmış “Brest” hücumçusu Tairik Arkonteni “Po” klubuna satıb. Liqa 1 təmsilçisi bu satışdan 600 min avro qazanıb. 20 yaşlı forvard yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Rodez”, “Ayaçço” kimi klublarda da oynamış Arkonte, “Brest”in əas komandasında 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Marsel “Olimpik”i İsmaila Sarı da İngiltərənin “Kristal Pelas” klubuna satıb. Fransa klubu bu satışdan 15 milyon avro qazanıb. 26 yaşlı seneqallı vinger yeni klubu ilə 5 illik sözləşməyə imza atıb.

Peşəkar karyerasına Fransanın “Mets” klubunda başlamış İsmaila Sarr, “Renn” və “Uotford”un da şərəfini qoruyub. Yarımmüdafiəçi 2023-cü ilin iyulunda 13 milyon avro müqabilində transfer olunduğu “Olimpik”də 35 oyuna çıxıb, 5 qol və 6 assistlə yadda qalıb. O, Seneqal yığmasında da 63 oyun keçirib, 13 qol və 6 assist müəllifi olub.

İsmaila Sarı heyətinə qatmış “Kristal Pelas” bir neçə oyunçusunu da icarəyə verib. Premyer Liqa təmsilçisi 19 yaşlı yarımmüdafiəçisi David Ozonu qarşıdakı mövsümün sonuna kimi “Derbi Kaunti”yə göndərib. 20 yaşlı qapıçı Co Uitvort “Ekseter Siti”də icarədə oynayacaq. Komandanın 20 yaşında olan digər qapıçısı Ouen Qudman da “Uimbldon”a icarəyə verilib. Onların hər biri qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
arena.az

10Mənbələr