AZ

"Kadırov Putinə qarşı çıxıb?.."

"Biz baş örtüyünün geyilməsinə çağırış edirik, heç kimi cəzalandırmırıq, amma hicab gəzdirməməyi tələb edənlər İslamın düşmənləridir..."
 
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hicab gəzdirməyi qadağan etməyi tələb edənləri İslamın düşmənləri adlandırıb və onun qızından bunu tələb edəni öldürəcəyini vəd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Çeçenistan hökumətinin iclasında çıxışı zamanı bəyan edib, çıxışının videosu onun Telegram-kanalında dərc edilib. Məlumatı "posttimees.ee" nəşri yayıb.
 
"Kim mənim qızıma hicabını çıxarmağı desə, mən onu kimliyindən asılı olmayaraq dərhal öldürəcəyəm. Belə adam mənim şəxsən düşmənimdir, İslamın düşmənidir", - Kadırov deyib. Bu məqamda videoda Kadırovun qızı, respublika hökuməti sədrinin müavini Ayşat Kadırov görünür.
 
Çeçenistan rəhbəri qeyd edib ki, respublikaya müxtəlif dini etiqadı olan çoxsaylı qonaqlar gəlir və hakimiyyət müsəlman olmayan qadınların başlarının bağlamadığının əleyhinə deyil.
 
"Bizi narahat edən özümüzünkülərinin geyim formasıdır. Biz baş örtüyü geyilməsinə çağırış edirik, cəzalandırmırıq. Amma hicab gəzdirməməyi tələb edənlər İslamın düşmənləridir", -  Kadırov əlavə edib.
 
Maraqlıdır ki, 2012-ci ildə Kreml rəhbəri hicabı "Rusiya müsəlmanlarının yad elementi" adlandırıb və İslam tərəfdarlarının o cümlədən məktəblərdə hicab gəzdirilməsini zorla yeritmək cəhdlərinə qarşı çıxıb.
 
"Bizim mədəniyyətimizdə, ənənəvi İslamda hicab yoxdur, - o zaman o, vurğulayıb. - Nədən bizə yad olan ənənələri tətbiq etməliyik? Ənənəvi İslamın nümayəndələrinə söykənmək lazımdır. Onlar qorxmaz adamlardır, bəzən öz ideallarını müdafiə etmək üçün həyatlarını qurban verir".
 
Putin vurğulayıb ki, Rusiya "dünyəvi dövlətdir, biz məhz buna istinad etməliyik".
 
Yeri gəlmişkən, son zamanlar Rusiya İran, Syriya və Səudiyyə Ərəbistanı kimi İslam dövlətləri ilə kifayət qədər sıx əməkdaşlıq edir, ona göə də Putin hicaba münasibətini bir qədər yumşalda bilər.
 
Xatırladaq ki, mayın sonunda Rusiya Dövlət Dumasının vitse-spikeri Vyaçeslav Davankov təhsil müəssisələrinin dini geyimlərin qadağan edilməsi hüququ barədə qanun layihəsi irəli sürüb. Bu təşəbbüsün "təhsilin dünyəvi xarakterinin möhkəmlənməsinə" yönəldiyini qeyd edib.
 
Çeçenistandan olan deputat Adam Delimxanov bu qanun layihəsini tənqid edib. O, vurğulayıb ki, hicab gəzdirmək müsəlman qadınının öhdəliyidir. 
 
Davankov cavabında deyib ki, o, bütün dinlərə hörmət edir, lakin bu qanun layihəsi vətəndaşların müraciətləri əsasında işlənib hazırlanıb.
 
"Milli respublikalarda insanlar ənənələrə sadiqdir, ona görə də orada belə məhdudiyyətlərə ehtiyac yoxdur.
 
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin iyun ayında Rusiyada "islamçıların" törətdiyi son terror aktlarından sonra təcili olaraq niqabların qadağan edilməsinə çağırış edib.
 
Bundan sonra Dağıstan və Qaraçay-Çərkəz muftiləri öz regionlarında niqabın gəzdirilməsinə müvəqqəti qadağa qoyub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
49
moderator.az

10Mənbələr