AZ

Yeni Kaledoniyada 800 müəssisə dağılıb

Yeni

Bakı, 3 avqust, AZƏRTAC

Yeni Kaledoniyada 3 ay davam edən iğtişaşlarda 800 müəssisə tamamilə dağıdılıb, yandırılıb, ya da fəaliyyətini bərpa etmək qabiliyyəti yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Yeni Kaledoniya Ticarət və Sənaye Palatasının sədri David Qyen francetvinfo.fr saytına bildirib.

Qyen bildirib ki, iğtişaşlar başlayandan 20 mindən çox adam iş yerini itirib. Bu da özəl sektorda işləyənlərin 30%-dir. Onlar Yeni Kaledoniyada ÜDM-in 25%-ni formalaşdırır.

Palata sədri bildirib ki, hazırda arxipelaqda “yalançı sakitlik” hökm sürür. Müvafiq yardım olmazsa, Kaledoniyanın iqtisadi və sosial sistemi hər an çökə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
azertag.az

10Mənbələr