AZ

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

"Mançester Siti"nin hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasının başqa komandasına keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Simon Malloç "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O argentinalı hücumçunun transferində "Arsenal" maraqlı olduğunu və "topçular"ın futbolçunun transferi ilə bağlı artıq danışıqlara başladığını qeyd edib.

 Xulian Alvaresin xidmətində "Atletiko Madrid" və PSJ klubları maraqlıdır.

Xatırladaq ki, hücumçu daha əvvəl "Mançester Siti"də aldığı oyun müddətindən narazı olduğunu bildirmişdi.

Ötən mövsüm hücumçu "Mançester Siti"nin heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, on doqquz qol vurub və on üç məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
46
90deqiqe.az

10Mənbələr