AZ

Gürcüstan: “ABŞ pulunun büdcə ilə heç bir əlaqəsi yoxdur”

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar dayandırılan Amerika yardım proqramının Gürcüstan büdcəsi ilə heç bir əlaqəsi yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Gürcüstan “başqa dövlət tərəfindən dəstəklənən geridə qalmış ölkə” deyil, ona görə də ABŞ-ın maliyyələşdirməsi olmadan fəlakətin baş verəcəyi barədə şayiələr əsassızdır.

“Bu pulun (Amerikanın yardım proqramı) büdcə ilə heç bir əlaqəsi yoxdur”, - deyən Papuaşvili bu pulun Gürcüstan parlamentinin təsdiq etdiyi büdcədə olmadığını bildirib.

O, vurğulayıb ki, Gürcüstan vətəndaşları özləri ölkənin büdcəsini yaradırlar və xəzinəni doldururlar, sonra isə müxtəlif ehtiyaclara paylanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
operativmm.az

1Mənbələr