AZ

Bakıda əyləncə mərkəzində qızları bıçaqlayan şəxslərdən xəbər var

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ictimai yer hesab olunan "Rio" pub-klub əyləncə mərkəzində müştərilərə soyuq silahla hücum edən şəxslər barəsində açılan cinayət işi yenidən araşdırılacaq.

Qaynarinfo-nun məlumatına görə, 2001-ci ildə Bakıda anadan olmuş Mehdi Məmmədov (soyad şərti) və 7 avqust 2002-ci il tarixdə Bakıda doğulan Oqtay Məmmədov 23 oktyabr 2023-cü il tarixdə, saat 04.00 radələrində "Rio"da müştərilərə hücum edərək, soyğunçuluq ediblər. Onlar həmçinin Ayşən və Kəmalə adlı qadınlara bıçaqla xəsarət yetiriblər. 

Həmin gün Kəmalə (şərti ad) adlı qadın doğum gününü rəfiqələri ilə birgə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən "Rio" adlı klubda qeyd edib. Bir müddətdən sonra Mehdi və Oqtay müştəri qismində kluba daxil olublar. Həmin şəxslər klubda masalardan birində əyləşərək spirtli içki sifariş veriblər. Saat 04.00 radələrində restoranın icarədarı Aynurə adlı qadın klubu bağlamaq istədiyini deyib. Mehdi isə mahnı sifariş verərək, oynamaq istədiyini bildirib. Bu zaman Mehdi anidən Kəmalənin əyləşdiyi masaya yaxınlaşaraq, onun və tanışı Güllünün çantasını, eləcə də eyni anda Aynurənin çatnalarını götürüb. Oqtay ilə klubdan küçəyə tərəf qaçmağa başlayıb. Mehdi Aynurəyə məxsus olan pul kisəsini Oqtaya verərək, "Oqtay qaç mən də gəlirəm" deyib. Qızlar Mehdidən çantalarını almaq istəyərkən təqsirləndirilən şəxs Oqtaya "o birisi silahı çıxart" deyib. Həmin vaxtı Mehdi əlində olan bıçağı havada oynadaraq, onlara hədə-qorxu gəlib. Daha sonra Kəmaləyə bıçaqla qol nahiyəsindən, Ayşənə sinə və qarın nahiyəsindən iki dəfə bıçaq zərbəsi endirib. 

Hər iki şəxs saxlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə işə baxılaraq zərərçəkmişlərə yetirilmiş xəsarətlərin cinayət işində əhatə olunmadığı qənaətinə gəlinib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Mehdi Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 181.3.3 və 221.3-cü maddələri və Oqtay isə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilib, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. 

Əhməd
Seçilən
63
qaynarinfo.az

1Mənbələr