AZ

“Qısa müddətdə toparlanmalıyıq” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 1-ci turunda qarşılaşdıqları “Sumqayıt”la səfər oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra bunları söyləyib:

“Düşünürəm ki, azarkeşlər maraqlı oyun izlədilər. “Kəpəz” olaraq yenidən komanda qururuq, heyət formalaşdırırıq. Bunun üçün bizə vaxt lazım olacaq. Amma zamanımız da yoxdur. Hər şeyi daha sürətli etməliyik. Tez bir zamanda komandanı komplektləşdirməliyik. Çempionat uzundur, qarşıda oyunlar var. İnanıram ki, komanda bu marafon ərzində daha yaxşı futbol nümayiş etdirib nəticələr qazanacaq. Yeni futbolçuların çempionata adaptasiya olması vaxt aparandı. Qısa müddətdə toparlanmalıyıq. Komandanı gücləndirmək üçün yeni transferlərə ehtiyac var. Bununla bağlı rəhbərlik ilə danışmışıq. İmkanlarımız daxilində nələrsə etməyə çalışacağıq”.

Seçilən
30
5
futbolinfo.az

5Mənbələr