Bakı. Trend:
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Trend İdman.biz-ə istinadən xəbərverir ki, bu gün daha 20 dəst medal sahibini tapacaq.
Bununla da artıq başa çatan proqramların ümumi sayı 164-əçatacaq. İlk yeddi gündə 144 mükafat dəsti uğrunda yarışyekunlaşıb. Azərbaycan millisi 3 yarışda təmsil olunacaq.Olimpiadanın doqquzuncu günündə çəkicatan Anna Skidan mübarizəyəqoşulacaq. Artıq medallardan birini təmin edən boksçu AlfonsoDominqes yarımfinal sınağına çıxacaq. Atıcı Ruslan Lunyov isəParis-2024-dəki ikinci yarışında dəqiqliyini yoxlayacaq.
4 avqust 11:00. Güllə atıcılığı, pnevmatik tapança, 25 mTəsnifat mərhələsi, 1-ci raund Ruslan Lunyov
12:20. Atletika, çəkicatma Təsnifat mərhələsi Anna Skidan
15:00. Güllə atıcılığı, pnevmatik tapança, 25 m Təsnifatmərhələsi, 2-ci raund Ruslan Lunyov
15:08. Boks, 92 kq Yarımfinal Alfonso Dominqes – Enmanuel ReyesPla (İspaniya)