AZ

MSK-nın parlament seçkiləri ilə əlaqədar maarifləndirici xarakterli tədbirləri açıqlanıb

Avqustun 5-dən 22-dək ölkə miqyasında aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Treninqlər iki mərhələlidir. Birinci mərhələ 5-9 avqust tarixlərində DSK-ların yerli trenerləri üçün keçiriləcək, ikinci mərhələ 12-22 avqust tarixlərində məntəqə seçki komissiyalarının bütün üzvlərini əhatə edəcək. Treninqlər bütünlüklə seçki günü prosedurlarının əyani vəsaitlərdən də istifadə etməklə praktiki məşğələlərlə aydın və ətraflı izah olunmasından ibarətdir.

Aşağı seçki komissiyalarının bütün üzvlərinə seçki günü üçün yaddaş kitabçası paylanacaq: "Maarifləndirmə tədbirləri intensiv davam edir. MSK üzvlərinin və MSK Katibliyinin əməkdaşlarının İctimai Televiziyada həftəlik çıxışları efirə gedir, həmçinin digər media orqanlarında maarifləndirici məqalələri dərc olunur. Eyni zamanda MSK-nın Ombudsman Aparatı ilə birgə maarifləndirmə tədbirləri davam edir. İkinci regional tədbir bu gün Şəkidə keçirilib".

Seçilən
32
apa.az

1Mənbələr