AZ

104 yaşlı britaniyalı qadından uzunömürlülüyünün sirri ilə bağlı maraqlı açıqlama: "Şərab və cin"

Britaniyanın Nortuiç şəhərinin sakini olan Dorin Menninq adlı qadın 104 yaşını qeyd edib.

Bu barədə seher.media "Northwich & Winsford Guardian" nəşrinə istinadən xəbər verir.

Dorin Menninq gəncliyində tikiş ustası olaraq çalışıb. Dörd nəvəsi və üç nəticəsi olan qadın hazırda qocalar evində yaşayır, amma yenə də tikiş işləri ilə məşğul olmağı sevir. Onun digər hobbisi isə gül buketləri hazırlamaqdır.

Qocalar evinin əməkdaşı olan Şeron Treynorun sözlərinə görə, Menninq öz uzunömürlülüyünü şərab və cin içkisi ilə əlaqələndirir.

"Biz Dorindən uzun ömür sürməyin sirrinin nə olduğunu soruşduq. O isə - "Səhər bir stəkan su, nahar hazırlayarkən bir stəkan şərab və cin", - cavabını verdi", - deyə Şeron Treynor bildirib.

Seçilən
101
5
seher.media

6Mənbələr