Gəncədə 30 yaşlı kişi bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən binaların birində qeydə alınıb.
1994-cü il təvəllüdlü Ariz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 30 yaşlı kişi qaynı tərəfindən bıçaqlanıb. Ariz Həsənovun hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.