EN

Türkiyə mətbuatı, 20 avqust 2024

 

“Hürriyet”: Vitse-prezident Yılmaz “Atmaca” ilə fəxr edirik” dedi

  Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz avqustun 19-da sosial media hesabından verdiyi açıqlamada hədəfini ən uzun mənzilli və uzun müddətli uçuşu ilə dəqiq vuran "Kara Atmaca" qanadlı raketi ilə fəxr etdiklərini bildirib.

“Sabah”: Dəmir yolu ilə ixracatda 7 ayda 1,2 milyon ton yük daşınıb

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu dəmir yolu ilə ixracın 2024-cü ilin yanvar-iyul dövründə əvvəlki ilin eyni ayları ilə müqayisədə 13,2 faiz artaraq 1,2 milyon tona çatdığını söyləyib.

“Star”: Furtunadan Türkiyəyə mesaj

  Moldova prezidentliyinə namizəd Viktoriya Furtuna Türkiyə ilə Moldova arasında yaxşı münasibətlərə diqqət çəkərək “Türkiyə Moldovaya qarşı hər zaman dost olub” deyib. Prezident Rəcəb Tayyib Ərdoğanın istehsalı təşviq edən iqtisadi rəftarını bəyəndiyini söyləyən Furtuna Moldovanın da belə siyasətlərə ehtiyacı olduğunu bildirib.

“Haber Türk”: Antalyaya hava yolu ilə gələn turistlərin sayı 10 milyon 600 minə çatıb

  2024-cü ilin 1 yanvarından avqustun 18-dək Antalyaya hava yolu ilə gələn turistlərin sayı 10 milyon 600 minə yüksəlib. Turistlərin əksəriyyəti Rusiya, Almaniya və İngiltərədən gəlib.

“Vatan”: Yağız Kaan Erdoğmuş şahmatda 2600 ELO keçən ən gənc idmançı oldu

  Şahmat üzrə qrossmeyster titulu ilə dünyanın ən gənc idmançısı Yağız Kaan Erdoğmuş 2600 ELO-nu keçən ən gənc oyunçu olub.



Chosen
117
16
trt.net.tr

9Sources