Bugünkü oyunu böyük maraqla gözləyirəm.
"Unikal" xəbər verir ki, bunu idman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.
O, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə ilk matçını şərh edib. Yunisoğlunun sözlərinə görə, Azərbaycan çempionu xorvatlarla dueldə yenidən tarix yaza bilər: “Komandanın uğurları bütün Azərbaycan futbolunun üçün xeyrinədir. Sözsüz, “Dinamo” güclü rəqibdir. “Qarabağ”ın son oyunlarındakı nəticələrindən və uğurlardan xəbərdardılar. Onlar qrup mərhələsinə çıxmaq üçün maksimum güclərini ortaya qoyacaqlar. Düşünürəm ki, “Dinamo” “Qarabağ”ı 2 qat cox analız edib. Buna görə də Qurban Qurbanovun komandasının son rəqiblərinin səhvlərini təkrarlamamağa çalışacaqlar. Ağdam klubu müdafiədə daha diqqətli olmalıdır. İnanıram ki, onlar Azərbaycana yenidən Çempionlar Liqası bayramını yaşadacaqlar”.
Qeyd edək ki, “Dinamo” - “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə 23:00-da Zaqrebdə keçiriləcək.