Bakı. Trend:
Parlament seçkilərinin azad edilmiş ərazilərimizi də əhatəetməsi bir ilkdir. Bu, bizi qürurlandırır. Torpaqlarımızın düşmənişğalından qurtarılmasında iştirak etmiş bir şəxs kimi mən də buseçkilərə görə böyük fəxr hissi yaşayıram.
Trend xəbər verir ki, bu fikirləri “Seçki2024”Müstəqil Media Mərkəzinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudovdeyib.
“Mən də o torpaqların azad edilməsi uğrunda döyüşmüşəm,yaralanmışam və Ali Baş Komandan İlham Əliyev tərəfindən VətənMüharibəsi Qəhrəmanı adına layiq görülmüşəm. İndi həmin torpaqlardaparlament seçkiləri çərçivəsində səsvermənin keçirilməsi bizim üçündə qürurdur, fəxrdir.
Həm də ona görə fəxdir ki, şəhidlərimizin qanı yerdə qalmadı,onların qisası alındı və onların ruhu şaddır ki, bu gün onlarınuğrunda canlarını verdiyi torpaqlar azaddır. Mən hər kəsi buparlament seçkilərində fəal iştirak etməyə səsləyirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırışMilli Məclisin buraxılması və Milli Məclisə növbədənkənarseçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlaaltıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nənövbədənkənar seçkilər təyin edilib.