EN

İlon Maskdan xəbərdarlıq: Bir çox ölkədə vətəndaş müharibəsi riski var

Amerikalı sahibkar İlon Mask bildirib ki, hazırda dünyanın bir çox ölkəsi vətəndaş müharibələri ilə üzləşmək riski altındadır. 

HİT.az xəbər verir ki, iş adamı bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.

Belə ki, milyarder britaniyalı yazıçı Konstantin Kissinin paylaşımlarından birinə münasibət bildirib. Orada o, "NBC News" müxbirini tənqid edib. Jurnalist xüsusən də sahibkarın Böyük Britaniyadakı iğtişaşlar səbəbindən vətəndaş müharibəsi ehtimalının yüksək olması ilə bağlı sözlərinə diqqət çəkib.

"Bəli, mən qətiyyən vətəndaş müharibəsi istəmirəm, lakin kimlik siyasəti milli qürurdan yuxarı qaldırıldıqda, indi bir çox hökumətlər kimi, bu qaçılmaz olur", deyə iş adamı bildirib.

Böyük Britaniyada iğtişaşlar iyulun sonunda başlayıb. Buna səbəb Southport şəhərindəki uşaq rəqs studiyasında 17 yaşlı yeniyetmənin bıçaqla tələbələrə hücumu olub. Daha sonra Ruandadan olan miqrant olduğu üzə çıxan hücumçunun hərəkətləri nəticəsində iki böyük və doqquz azyaşlı yaralanıb. Üç uşağı xilas etmək mümkün olmayıb.

Samir

Chosen
48
11
hit.az

5Sources