Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb. AYNA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, indiyə qədər ümumilikdə 7100-ə qədər yerli müşahidəçi MSK-da qeydə alınıb.