EN

Günün ULDUZ FALI: ciddi problemlər, fikir ayrılıqları yarana bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - uğura bel bağlamaq olar. Bu gün ağır problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İzafi, ifrat səylərə ehtiyac yoxdur. İşgüzar danışıqlar üçün əlverişli zamandır. İndiyədək əməkdaşlıq etmədiyiniz insanlarla təmasda olmaq zərurəti yaranır.

Günün ikinci yarısında şəxsi münasibətlərinizi və problemlərinizi kimsə ilə müzakirə etməyin. Yaxınlarınızla münasibətlərlə bağlı istənilən qərarı müstəqil qəbul edin. Dürüst olun, sonradan sizdə təəssüf hissi yarada biləcək addımlar atmayın.

Buğa - gün problemlər və nöqsanlardan xali olmasa da, pis deyil. Qarşınıza qoyduğunuz məqsədlərə sürətlə çatmaq mümkün deyil. Ruhdan düşməyin. Peşəkar fəaliyyət sahəsində yeniliklər etmək olar. Adi, rutin məsələlərin həllində yeni yollar və metodlar arayın.

Günün ikinci yarısında müttəfiqlər, tərəfdaşlarla fikir ayrılıqları yarana bilər. Güzəştlərə meylli olun, anlaşılmazlığı aradan qaldırın.

Səhhətinizin qeydinə qalın. Profilaktiki prosedurları unutmayın. Onlar effektiv olmalıdır. İmicdə dəyişikliklər etmək olar.

Əkizlər - istənilən yenilik və novasiya ehtiyatlı davranış tələb edir. Sərvaxt, punktual olun. Detallara fikir versəniz, bir sıra çətinliklərdən qurtula bilərsiniz. Təcrübəli insandan məsləhət almaqdan çəkinməyin. Belə olarsa, dəyərli kəlmələr eşidə bilərsiniz.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Ağır fiziki işi minimuma endirin. İfrata varmaq əsla məsləhət deyil. Sümük və oynaqlarda xroniki ağrılar varsa, fiziki işdən, ümumiyyətlə, imtina edin.

Xərçəng - gün əlverişli deyil. Yaxın ətrafınızdakı insanlarla təmasları aktivləşdirin. Belədə işgüzar baxımdan əlverişli əlaqələr qura bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə səhvlərə yol verməyin.

Günün ikinci yarısında həmfikir və tərəfdaşlar arayın. Möhkəm işgüzar və dostluq əlaqələri yarana bilər.

Şəxsi münasibətlərdə də müsbət təmayüllərin təsiri artır. Yeni romantik tanışlıq ehtimalı çox azdır.

Axşam saatlarında normal istirahət edin.

Şir - yeni işlərə cəsarətlə başlaya bilərsiniz. Görüləsi işin mürəkkəbliyi və ya miqyasından çəkinməyin. Problemi qısa müddətdə, effektiv həll edə bilərsiniz.

Yeni münasibətlərə başlamaq olar. Uzun müddətə müttəfiqinizə çevriləcək insanla qarşılaşmaq ehimalı var.

Günün ikinci yarısında ailə problemlərindən birini çözə biləcəksiniz. Kəsilmiş əlaqələri bərpa etmək, sizdən soyumuş insanın rəğbətini qazanmaq şansı var.

Qız - risk etməyin. Ehtiyatlı və sayıq olsanız, mənfi təmayüllərin təsirini minimallaşdıra bilərsiniz. İndiyədək sizə xəyanət etməmiş insanlara güvənin. Hadisələrin gözlədiyiniz kimi inkişaf etməyəcəyi zaman təəccüblənməyin.

Günün ikinci yarısında alış-verişdə qənaətcil olun. Praktik olmayan, bahalı əşyalar almayın. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin.

Tərəzi - ciddi dəyişikliklər olmayacaq. Stabillik sizi narahat etməyəcək, əksinə, sevindirəcək. Real fəaliyyətdən daha çox düşüncələr və təhlillər olacaq. Gələcəklə bağlı planlarınızın praqmat, effektiv olmasına çalışın. Bütün amilləri nəzərə alın. Başqalarının fikir vermədikləri xırdalıqları nəzərdən qaçırmayın.

Günün ikinci yarısı rahat ünsiyyət və xoş təmaslar vəd edir. İstənilən miqyasda və önəmdə problemləri sakit müzakirə etmək olar. Şəxsi münasibətlərinizdəki məqamla bağlı qərarı həyata keçirin.

Əqrəb - istənilən formada rəqabətdən çəkinin. İfrat zərurət yoxdursa, qarşıdurmaya başlamayın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi qorumağa çalışın. İndiyədək sizə ancaq yaxşılıq etmiş insan indi zərbə vura bilər.

Chosen
203
50
publika.az

10Sources