Hava hücumundan müdafiə qüvvələri ötən gecə Rusiyanın iki rayonu üzərində yeddi PUA-nı zərərsizləşdirib.
Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus 4, Kursk vilayəti ərazisi üzərində isə 3 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”.