Yazını böyüt
Yazını kiçilt
Antalyanın Kəpəz rayonu, Yeşilyurt məhəlləsi, 3405-ci küçədə yerləşən 4 mərtəbəli yaşayış binasında və ətrafına yığılan tullantı qoxuya səbəb olduqdan sonra vətəndaşlar bələdiyyəyə məlumat verib.
Hafta.az-ın yazdığına görə, Kəpəz Bələdiyyəsi Təmizlik İşləri Müdirliyindən təxminən 20 nəfərlik qrup polisin müşayiəti ilə sözügedən yerə gedərək mənzilin ətrafında, pilləkənlərdə və mərtəbələr arasında yığılan zibilləri çıxarıb.
Təxminən 8 saat davam edən iş nəticəsində binadan kənara çıxarılan zibillər 6 yük maşınına yüklənib. Təmizləmə prosesi başa çatdıqdan sonra bnada zərərvericilərə qarşı kimyəvi mübarizə aparılıb.