Amerikanın Morgan Stanley bankı 2024-cü ilin dördüncü rübü üzrə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 85 dollardan 80 dollara, 2025-ci ilin dördüncü rübü üçün bir barel üçün 76 dollardan 75 dollara endirib.
Musavat.com xəbər verir ki, bu məlumatı MarketWatch bankın hesabatına istinadən yayıb.
Əvvəllər Morgan Stanley gözləyirdi ki, Brent 3-cü rübün qalan hissəsində bir barel üçün 84-86 dollar regionunda ticarət edəcək, gələn ilin ortalarında isə 74-79 dollara düşəcək, lakin indi qeyd edir ki, bazar “2025-ci ildə gözlənilən tələb zəifliyini” katirovkalarda indidən nəzərə almağa başlayır.
Bankın analitiklərinin fikrincə, cari rübün sonuna qədər neft bazarında tələb təklifi üstələsə də, dördüncü rübdə yenidən tarazlıq vəziyyətinə düşəcək, 2025-ci ildə isə təklif həddindən artıq yüksək həddə çatacaq:
“Neft bazarlarında defisit qalmaqdadır, lakin onun səviyyəsinin yaxın müddətdə dəyişməsi ehtimalı azdır”.
Morgan Stanley də bu il üçün tələb proqnozunu sutkada 1,2 milyon bareldən 1,1 milyon barelə endirib.
Musavat.com