ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 125 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Pentaqonun Ukrayna üçün açıqladığı yeni hərbi yardım paketi əsasən, reaktiv sistemlər üçün raketləri, döyüş sursatlarını, tank əleyhinə silahları, artilleriya və minaatan mərmilərini əhatə edir.
Hərbi yardım paketinə daxildir:
HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
155 və 105 mm-lik artilleriya mərmiləri;
TOW tank əleyhinə raketlər;
“Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK);
AT4 tank əleyhinə qumbaraatanlar;
HMMWV ambulansları;
Atıcı silahlar üçün sursatlar və s.