Marko Roys yeni klubu "Los-Anceles Qalaksi"də rəsmi debüt edib.
QOL.az xəbər verir ki, o, MLS-in 23-cü turunda "Atlanta" ilə matçın 65-ci dəqiqəsində meydana daxil olub. 35 yaşlı yarımmüdafiəçi 85-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Görüş "Los-Anceles Qelaksi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, M.Roys ötən ay MLS klubuna transfer olub.