"Qarabağ" və Xorvatiyanın "Dinamo" komandaları arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
Moderator.az xəbər verir ki, FIFA referisi Maykl Oliverə Stüart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək.
VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud əyləşəcək. Hakim-inspektor Peter Sippel (Almaniya), UEFA nümayəndəsi Balaş Makray (Macarıstan) olacaq.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.